“Rusiya ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqlara işgüzar münasibətlə gedir”.
APA TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik məsələləri üzrə Cenevrədə danışıqların birinci raundu yanvarın 9-da axşama planlaşdırılıb:
“Danışıqlar dar formatda keçiriləcək”.