Bakıda şagirdlər müəllimi döyüb? - AÇIQLAMA

Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi barədə iddialar yayılıb. 
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 
Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır:
“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.
 Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”.