Əli Əsədovla Qazaxıstanın yeni baş naziri arasında telefon danışığı olub


Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın yeni baş naziri Əlixan Smailov arasında telefon danışığı baş tutub.

Əli Əsədov qazaxıstanlı həmkarını ölkəsinin baş naziri təyin olunması münasibətilə təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın baş naziri Qazaxıstanda destruktiv qüvvələrin əməlləri nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verməklə yanaşı, ölkə üçün belə ağır məqamda qazax xalqına dəstək olduğunu bildirib.

Mənbə: primeminister.kz