ATƏT-in Baş katibi Ceyhun Bayramovla görüşüb

ATƏT Baş katibi Helqa Şmid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. APA-nın xəbərinə görə, bu barədə Baş katib "Twitter" hesabında bildirib.

ATƏT H.Şmid Ceyhun Bayramovu Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.


"Regionda siyasi-hərbi təhlükəsizliyin təbliği istiqamətində substantiv danışıqları səbirsizliklə gözləyirik", - deyə o, bildirib.