Qəza törədən aktrisanın içkili olduğu iddia edildi


Türkiyəli aktrisa Şafak Pekdemir qəzaya düşüb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı aktrisa sükan arxasında olub. O, maşınını tıxacda olarkən önündəki taksiyə vurub. Maddi ziyana uğradığını bildirən taksi sürücüsü ilə Şafak arasında mübahisə yaranıb. Sürücü aktrisanın içkili olduğunu və onu təhqir etdiyini bildirib.

Şafak isə polisə verdiyi izahatda onun vurması ilə maşında elə bir ziyanın yarana bilməyəcəyini, buna baxmayaraq ziyanı ödəməyə razı olduğunu vurğulayıb. O, bildirib ki, sürücü daha sonra qışqırmağa başlayıb və qorxduğu üçün oranı tərk etməli olub. Şafak içkili olması ilə ittihamları təkzib edib.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, Şafak son olaraq "Yasak elma", "Yalancılar ve mumları" kimi ekran işlərində rol alıb.