Ukraynada müharibə: minlərlə qaçqın Avropanın sərhəd ölkələrinə axın edir – “Le Figaro” yazır 


Rusiyanın kütləvi hücumunun hədəfi olan Ukraynadan Polşa, Moldova və ya Macarıstan kimi qonşu ölkələrə qaçır. 
“Sherg.az” “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Avropa İttifaqının digər ölkələri, o cümlədən Fransa onlara kömək etməyə hazır olduqlarını açıqlayıblar.  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bildirdiyinə görə, 100 minə yaxın insan Ukraynada evlərini tərk edib, daha bir neçə min insan isə fevralın 24-dən etibarən Rusiyanın geniş hərbi hücumunun səhər saatlarında hədəfə çevrilən ölkəni tərk edib. İlk qaçqınlar qonşu ölkələrə, xüsusən Macarıstan, Polşa, Rumıniya və Moldovaya gəlməyə başlayıblar.