“The Times”: Britaniya Ukraynaya zirehli texnika tədarük edəcək

Böyük Britaniya Ukraynaya zirehli maşınların göndərilməsi planını hazırlayır.
Ölkənin Müdafiə Nazirliyi “Mastiff” tipli zirehli texnikanın, eyni zamanda kəşfiyyat və ya uzaq məsafəli patrul kimi istifadə edilə bilən “Jackal” kimi nəqliyyat vasitələrinin göndərilməsi variantlarını nəzərdən keçirir.
Bundan əlavə, britaniyalı hərbçilər təlimlər keçirmək üçün Ukrayna ilə qonşu olan ölkəyə göndəriləcəklər.
Tank əleyhinə raket və zenit raketləri də daxil olmaqla əlavə dəstək Böyük Britaniya tərəfindən yaxın günlərdə açıqlanacaq.
Mənbə: The Times