Regionlarda kimsəsiz uşaqlarla bağlı müəssisələrin yaradılmasına başlanılıb

“Aparılan qiymətləndirmələrin və müraciətlərin təhlili yeni müəssisələrin açılmasına, mövcud müəssisələrin regionlarda filiallarının yaradılmasına ehtiyac olduğunu göstərir”.

“Report” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, xüsusən də, baxımsız, kimsəsiz uşaqlarla bağlı müəssisələrə ehtiyac var: “Bu cür müəssisələrin açılması üçün tədbirlərə başlanılıb. Yəqin ki, ilin sonuna kimi bu müəssisələr fəaliyyətə başlayacaq”.