Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.
“Report” xəbər verir ki, dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.
Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.