İstanbulda Parlamentlərarası Beynəlxalq Konfrans keçirilib

 İyunun 20-21 də İstanbul şəhərində Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası Birlik Beynəlxalq Təşkilatının  birgə düzənlədiyi "Parlamentlər, miqrasiya və qaçqınlar haqqında qlobal sazişlər: daha güclü beynəlxalq əməkdaşlıq və milli icra necə həyata keçirilir" mövzusunda  beynəlxalq konfrans keçirilib. 

Konfransın açılışında Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop çıxış edib, Mustafa Şəntop iştirakçıları salamlayaraq bildirib ki: “Bu konfransın keçirilməsində məqsəd əsasən dünyanın qlobal probleminə çevrilən köç mövzusunu müzakirə etməkdir. Məqsədimiz bu sahədə sürdürüləbilir çözüm yollarını axtarmaq, bu problemləri aradan qaldırmaq üçün təcrübələrimizi paylaşaraq, birlikdə çalışmaqdır. Biz ancaq beynəlxalq hüquq qanunları çərçivəsində qaçqınları üsuluna uyğun və adil bir şəkildə ölkələrimizə qəbul edərək həmrəyliyi gerçəkləşdirə bilərik. Bu mənada 2018-ci ildə qəbul edilən Qlobal Köç Sazişi bizim üçün önəmli bir yol xəritəsi cızmışdır. Düzənli köçlə bağlı çərçivənin müəyyən edilməsi, eyni zamanda düzənsiz köçlə mücadilənin müəyyənlşməsində də böyük rol oynayır. Düzənsiz köçlə mücadilədə bir digər ünsür sərhəd güvənliyinin gücləndiriməsidir, bu anlamda ciddi bir köç basqısı altında olan ölkəmiz son illərdə şərq sərhəddinə çox böyük yatırımlar etdi və bu işi davam etdiririk. Sərhəd güvənliyini həyata keçirərkən, köçmənlərin haqlarına yönəlik pozuntuların da önlənməsi lazımdır, biz buna da çalışırıq”. Mustafa Şəntop həmçinin köçmən qaçaqçılığı və insan alveri ilə mücadilənin üzərində durulmasının, mütəşəkkil cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığın güçləndirilməsinin həyati önəm daşıdığını qeyd etdi. Məclis başqanı bildirdi ki, 8 ildir dünyada ən çox qaçqına ev sahibliyi edən, düzənsiz köçlə mücadilə sahəsində ciddi təcrübə əldə edən, köç problemenin necə ələ alınması gərəkdiyi nöqtəsində referans ölkə olan Türkiyə bu sahədəki təcrübə paylaşımına hər zaman açıqdır.



 aha sonra Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova "Beynəlxalq idarəetmə standartları, qlobal sazişlər və qlobal siyasətlərin gündəlikləri: Məqsədlər, öhdəliklər, tərəqqi və həyata keçirilməsi üçün maneələr" mövzusunda çıxış edib. Spiker qeyd edib ki, Türkiyənin konfransa ev sahibi kimi seçilməsi xüsusilə önəmlidir, çünki Türkiyə son illərdə miqrasiya proseslərinin idarə olunmasında əhəmiyyətli rol oynayır. O, konfransda bu çərçivədə aparılacaq diskussiyaların dövrümüzün mühüm problemi olan miqrasiya və qaçqınlar məsələsinin həlli üçün faydalı olacağına ümidvar olduğunu bildirib. Milli Məclisin sədri qeyd edib ki: “Miqrasiya proseslərinin idarə olunması müasir dünyada bir çox ölkələr üçün ən vacib məsələlərdən biridir. Miqrasiya həm də bir çox fayda verə bilən və imkanlar yaradan proses kimi qiymətləndirilməlidir, bu cəmiyyətin inkişafı və sosial cəhətdən yeniləşməsi üçün vacib resurs kimi səciyyələndirilir. Lakin son 20 ildə dünyada siyasi qeyri-sabitlik, sosial ədalətsizlik, mürəkkəb iqtisadi və ekoloji şərait, eləcə də silahlı münaqişələr vəziyyəti mürəkkəbləşdirib. Bu isə öz növbəsində miqrasiya anlayışına münasibətdə dəyişikliyə səbəb olub. Bir sıra hallarda multikulturalizm ideyasından imtina da bu prosesə ciddi təsir göstərmişdir. Təəssüf ki, son 2 ildə "COVİD-19" qlobal pandemiyası miqrasiyanı çətinləşdirən başqa bir amil halına gəlmişdir”. Milli Məclis sədrinin sözlərinə görə, bu gün dünyada miqrantlarlar və qaçqınlarla bağlı, həmçinin bu prosesin idarə edilməsinə dair bir çox debatlar təşkil olunur, müxtəlif baxışlar təklif olunur. Təəssüf ki, hazırda miqrant və qaçqın konsepsiyaları arasındakı fərqlər getdikcə daha çox silinir. Bu isə müxtəlif ziddiyyətlərə gətirib çıxarır. Miqrantların və qaçqınların cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasını təmin etmək, həmçinin onların ləyaqətli, təhlükəsiz şəkildə doğma ölkələrinə qaytarılması məsələləri hələ də həllini gözləyən məsələlər sırasındadır.



 
Spiker Sahibə Qafarova çıxışında diqqəti həmçinin miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsinə, onlara dəstək verilməsinə çəkib. Onun sözlərinə görə, bu məsələlərin həllində məsuliyyəti bölüşmək vacibdir. Milli Məclisin sədri bu kontekstdə Türkiyənin miqrasiya proseslərinin idarə edilməsinə öz töhfəsini verən ölkələr sırasında rolunu vurğulayıb. Qeyd edilib ki, son 10 ildə Türkiyə 4 milyondan artıq miqranta ev sahibliyi edib. Bu, sadəcə, Türkiyənin iqtisadi və sosial inkişafının nəticəsi deyil, eyni zamanda, Türkiyə cəmiyyətinin yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir. Türkiyənin səyləri layiqincə qiymətləndirilməli və bu məsələdə beynəlxalq birlik tərəfindən dəstəklənməlidir. Spiker vurğulayıb ki, müvafiq qlobal sazişlər dövlətlərə miqrantların və qaçqınların hüquqlarının qorunması üçün razılaşdırılmış addımlar atmağa, əməkdaşlığa və beynəlxalq hüquqa uyğun davranmağa çağırışdır. Onlar ayrı-ayrılıqda heç bir dövlətin bu çağırışa təkbaşına cavab verə bilməyəcəyini sübut edir və bir daha qüvvələrin birləşdirilməsinin vacibliyini göstərir. Bu prosesin təşkilində parlamentlərin rolundan bəhs edən Milli Məclisin sədri qeyd edib ki, bu məsələdə qanunverici orqanlar milli hökumətlərə bu işlərin daha da yaxşı təşkil edilməsi üçün kömək edə bilər. Bütün maraqlı tərəflərlə müntəzəm müzakirələr, razılaşmalara uyğun olaraq, miqrasiya qanunvericiliyini təkmilləşdirmək bu baxımdan əhəmiyyətli ola bilər. Çıxışında Azərbaycanın bu sahədə təcrübəsi və gördüyü işlər haqqında məlumat verən spiker Sahibə Qafarova deyib ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması ölkəmizin miqrasiya siyasətinin əsas prioritetləridir. Şərqlə Qərbin geosiyasi baxımdan mühüm kəsişməsində yerləşən Azərbaycan hər zaman dinamik miqrasiya məkanı olub. Ölkəmizdə yüksək tolerantlıq mühitinin mövcud olması miqrasiya prosesinə təsir edən daha bir mühüm amildir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biridir. Ötən ay ölkəmiz miqrasiya üzrə birinci Beynəlxalq İcmal Forumunda 33 “Çempion ölkə”dən biri kimi iştirak edib və forum çərçivəsində dörd dəyirmi masaya sədrlik edən 8 ölkədən biridir. Milli Məclisin sədri çıxışında Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfər barədə də məlumat verib. O, deyib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. Bu 30 ildə bir milyona yaxın Azərbaycan vətəndaşı öz evindən didərgin düşüb, qələbədən sonra isə məcburi köçkünlərin öz Vətəninə – Qarabağa qayıtmaq hüququ təmin olunub. İşğal olunmuş torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb. Eyni zamanda, bu torpaqlarda görülən bərpa-yenidənqurma işləri, eləcə də bu regionların ölkəmizin iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiya və yeni işgüzar müəssisələrin yaradılması üçün cəlbedici edəcək. 



 
ha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakçılara videomüraciət edərək bunları dedi: “Mədəniyyətlərin və qitələrin qovuşan nöqtəsi olan gözəl İstanbulumuzda sizləri qarşılamaqdan bəxtiyarlıq duyuram. Konfransın icrasına dəstək verən, qatqısı olan bütün qurum və quruluşlara təşəkkür edirəm. Bu konfransda edəcəyiniz müzakirələr və gerçəkləşdirəcəyiniz görüşlərin uğurlu  keçməsini diləyirəm. İnanıram ki, fərqli düşüncə və siyasi sistemə sahib  patlament nümayəndələrinin öz xalqlarının təmsilçiləri olaraq görüş və təcrübəıərini paylaşmasına imkan verən bu konfrans qlobal problemlərin çözülməsinə də töhfə verəcək.  Bu gün dünyada köçmənlərin sayı təqribən 275 milyon, yerlərini məcburi tərk edənlərin sayı rəqribən 85 milyondur, qaçqınların sayı idə 30 milyona yaxınlaşıb.  Rysiua Ukrayna arasında davam edən müharibə səbəbiylə mövcud qaçqın sayına daha 5 milyon insan əlavə oldu.  Geridə buraxdığımız dönəmdə çoxu  qadın və uşaq olmaq üzrə 30 minə yaxın köçmən Ağ dənizdə həyatını itirdi, Avropaya sığınan 10 minlərlə Suriyalı uşağın isə harada olduğu, kimlər tərəfindən qaçırıldğı məlum deyil. Biz Türkiyə olaraq  zülmə məruz qalan milyonlara insana qapımızı açdıq və bunu tariximizin, inancımızın, mədəniyyətimizin gərəkdirdiyi önəmli bir missiya olaraq qəbul edirik və bundan sonra yerinə yetirməyə davam  edəcəyik”. 
Konfrans çərçivəsində, həmçinin dünyadakı qaçqın və köçkünlərin vəziyyətini əks etdirən sərgi nümayiş etdirilib.




 
Yaqut Misirxanlı,
İstanbuldan xüsusilə “Şərq” qəzeti üçün