Pakistan səfiri Azərbaycan xalqını təbrik edib 

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Laçın şəhərinin Azərbaycana təhvil verilməsi münasibətilə xalqımıza təbrik ünvanlayıb.

Oxu.Az-ın məlumatına görə, diplomat bununla bağlı özünün “Twitter” hesabından paylaşım edib.

“Daha bir ərazisini nəzarətə götürməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm”, - deyə səfir bildirib.