Türkiyənin səhiyyə naziri koronavirusa yoluxub

Türkiyənin səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu Fahrettin Koca tviter səhifəsində bildirib.

"Beş gün əvvəl COVID-19 testim müsbət çıxdı. Epidemiya ilə mübarizə qədər vacib hesab etdiyim işi onlayn görüşlərlə davam etdirirəm. Tezliklə dostlarım arasında olacağam", - nazir qeyd edib.