Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə “armenpress” Özbəkistan prezidentinin mətbuat katibinə istinadən məlumat yayıb.
Bildirilib ki, 15-16 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitinə Nikol Paşinyan da qatılacaq.

Qeyd olunub ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində 15 ölkənin rəhbərləri iştirak edəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin, Çin, Hindistan, İran, Pakistan və digər dövlətlərin liderləri də sammitdə iştirak edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qonaq qismində tədbirə qatılacaq.