İran İraqla sərhədlərini bağlayıb

Məlumata görə, sərhədlərin bağlanmasına İmam Hüseynin (ə) Ərbəin (40 mərasimi) yürüşündə iştirak edən zəvvarların həddən artıq çoxluğu, isti hava şəraiti və İraqda zəvvarlara xidmət üçün qeyri-kafi imkanlar səbəb kimi göstərilib.

İran-İraq sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olacağı bildirilib.

Bütün sərnişin daşıma şirkətlərinə xəbərdarlıq olunub ki, sərnişinləri sərhədlərə daşımağı dayandırsınlar.