Xarici KİV nümayəndələri Gəncədə səfərdədir

Özbəkistan, Gürcüstan və Moldovanın media nümayəndələri Gəncə şəhərinə gediblər.

"Report"un Qərb bürosunun məlumatına görə, media nümayəndələri şəhərdə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkiblər.

Qonaqlara yerli rəsmilər tərəfindən ermənilərin törətdiyi terror hadisələri ilə bağlı ətraflı məlumat verilib.

Xarici jurnalistlər fotolar çəkib və hazırlayacaqları xüsusi reportajlar üçün qeydlər aparıblar.