Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 67 070 canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 579 tank, 5 266 zirehli maşın, 1 653 artilleriya sistemi, 373 reaktiv yaylım atəşi sistemi, 189 hava hücumundan müdafiə sistemi, 270 təyyarə, 243 helikopter, 1 341 PUA, 329 qanadlı raket, 16 gəmi/qayıq, 4 021 avtomobil texnikası və avtosistern, 148 xüsusi texnikadan ibarətdir.