Sorğu keçirildi- Gürcüstan  vətəndaşları növbəti seçkilərdə yeni siyasi partiyalar görmək istəyirlər

Gürcüstanda Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) vətəndaşlar arasında bir sıra mövzularda sorğu keçirib.

24News.ge xəbər verir ki, sorğulardan biri seçkilərlə bağlı vətəndaşların mövqeyi olub.

Belə ki, sorğu zamanı respondentlərin 72%-i növbəti seçkilərdə yeni siyasi partiyalar görmək istədiklərini, 22 faizi hazırkı seçimdən razı olduqlarını, 7 faiz isə heçnə bilmədiklərini qeyd ediblər..

Qeyd edək ki, sözügedən sorğu 13 sentyabr - 2 oktyabr tarixlərində (işğal olunmuş ərazilər istisna olmaqla) bütün Gürcüstan üzrə yetkin əhali arasında üzbəüz aparılıb. Sorğuda 1500 respondet iştirak edib.