Səfir: Azərbaycan və Ermənistan liderlərinin bır masa arxasında əyləşməsi böyük imkandır

Səfir: ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarına sadiqdir

ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq real davamlı sülhə nail olmağın ən yaxşı yoludur və biz, bunu dəstəkləməkdən çox məmnunuq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan söyləyib.

O deyib: “Mən Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini Vaşinqtonda BMT Baş Assambleyasında və komandalarımız arasında sonrakı danışıqlarda başlatdığımız çox səmərəli dialoqu davam etdirdiklərinə görə təbrik edirəm”.

Səfirin sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin bır masa arxasında əyləşməsi, ilk növbədə, onların bir birlərini anlamasına və fikir mübadiləsi etmələrinə böyük imkandır. “Biz çox şadıq ki, xarici işlər nazirlərinin dünən Vaşinqtonda görüşü olub. Bu görüş onların dəyişən fikirlərini müzakirəyə çıxarmalarında, iki ölkə arasındakı stabilliyin qorunmasında və biri-birlərini qəbul etməsində mühüm əhəmiyyət kəsb edir. Bu isə tarixdə çox vacib məqamdır”, - deyə Kelli Deqnan vurğulayıb.