Türk Dövlətləri Təşkilatı Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib


Türk Dövlətləri Təşkilatı (TDT) 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

Sherg.az xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsində paylaşım olunub.

"Qardaş Azərbaycan xalqını və Azərbaycan hökumətini Dövlət Bayrağı Günü münasibəti ilə ürəkdən təbrik edirik", - deyə paylaşımda qeyd edilib.