Neftin qiyməti cüzi düşüb

Dünya bazarında neftin qiyməti cüzi düşüb.

“Report” xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin fevral fyuçersləri 0,28 ABŞ dollar (0,32 %) ucuzlaşaraq 1 barel üçün 86,69 dollar təşkil edib.

Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin yanvar fyuçersləri 0,22 dollar (0,27 %) ucuzlaşaraq 1 bareli 80,33 dollar olub.