Bakıda NATO-nun proqramı çərçivəsində treninq keçirilir

Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treninq keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.
Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.