Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə serbiyalı həmkarı Aleksandr Vuçiç arasında telefon danışığı olub.
"Sherg.az" xəbər verir ki, görüşdə prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdıran Serbiya Prezidenti Vuçiçə təşəkkür edib.
Prezident Ərdoğan, həmçinin Türkiyə-Serbiya münasibətlərinin iki liderin səyləri nəticəsində tarixinin ən yüksək səviyyəsinə çatdığını vurğulayıb.
Mənbə: Haber7