Rusiya və Ukrayna arasında əsir mübadiləsi

 Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb.
"Sherg.az" xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"45 rus əsgəri Ukrayna əsirliyindən vətənə qayıdıb. Sərbəst buraxılanlara lazımi tibbi-psixoloji yardım göstərilir, onlar qısa müddətdə müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinə tabe olan tibb müəssisələrinə aparılacaqlar”-, məlumatda deyilir.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak da sosial şəbəkədə 45 əsgər və 2 mülki vətəndaşı rus əsirliyindən azad edə bildiklərini paylaşıb.
Sərbəst buraxılanlar arasında yaralı əsgərlərin də olduğuna diqqət çəkən Yermak, prezident Vladimir Zelenskinin Ukrayna Əsirlərinin Koordinasiya Qərargahı ilə birlikdə bütün məhbusları xilas etmək məqsədini yerinə yetirməyə davam etdiyini qeyd edib.
Mənbə: NTV