Bred Pitt yeni rolda

Aktyor “Formula 1” sükanı arxasına keçməyə hazırlaşır
  Hollivudun sevilən “ulduzu” Bred Pitt “Formula 1” filminin çəkilişləri səbəbiylə Böyük Britaniya “Grand Prix” yarışlarına qatılacaq. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, yeni rolu üçün aktyor “Formula 1” sükanı arxasına keçməyə hazırlaşır. Aktyor həftə sonu Böyük Britaniya “Grand Prix” yarışlarında Silveston xəttində avtomobil idarə edəcək. B.Pittin canlandırıcağı xarakter üçün xüsusi avtomobil qarajı da hazırlanıb. Bu film 59 yaşlı aktyorun uzun müddət sonra yenidən çəkiliş meydançasına döndüyünü göstərir. Filmin rejissoru Cosep Kosinskidir. “Oskar”lı oyunçu filmdə 30 illik fasilədən sonra yarışlara təkrar qatılan “Formula 1” marşalı obrazını canlandıracaq. O da qeyd edilir ki, aktyor həqiqi “Formula 1” avtomobili idarə edəcək. Filmdə kompüter effektlərinə yer veriləcək və aktyor sanki bir mövsüm “Formula 1” yarışlarında iştirak etmiş kimi görünəcək. Filmin yaradıcı heyətində “Formula 1” üzrə 7 qat dünya çempionu Levis Hamilton da təmsil olunur. L.Hamilton B.Pittin yaşına görə çox gənc göründüyünü və onunla çəkiliş meydançasında birlikdə olduğundan məmnunluq duyduğunu deyib.