Bütün ölkənin inkişafı diqqət mərkəzindədir

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması və bölgələrimizin milli gəlirdə payının artırılması önəmli hadisədir


  Regionların sosial-iqtisadi inkişafının təmin olunması Azərbaycan dövlətinin əsas məqsədlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə müxtəlif sahələri özündə əks etdirən geniş və çoxşaxəli layihələr hazırlanaraq həyata keçirilir. Buna görə də dövlətimizin başçısı mütəmadi olaraq ölkənin müxtəlif rayonlarında olur. 

Azərbaycan Prezidenti səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə uyğun müəssisələrin açılışını edir, onların fəaliyyətini yoxlayır, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına dövlətimizin başçısının son səfəri zamanı müasir yol xəttinin, xəstəxana, məktəb və digər xidmət və istehsal sahələrinin açılışının edilməsi regionların inkişafına olan diqqətin təzahürüdür. Bu həm də, onu sübut edir ki, azad olunmuş ərazilərlə yanaşı, digər regionlar da Prezidentin diqqət mərkəzindədir.
  
Prezident İlham Əliyev çıxışlarında ölkədə iqtisadi inkişafın təmin olunması onun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu qeyd edib. 

Şübhəsiz ki, dövlət başçısının bölgələrə səfər etməsi və bir sıra infrastruktur layihələrin açılışlarında şəxsən iştirakı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla davam etdirilməsinin göstəricisidir:

  Qeyd edək ki, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası nəticəsində hazırda respublikamızın müxtəlif rayonlarında geniş abadlıq-quruculuq işləri aparılır. Həmçinin sosial və iqtisadi infrastruktur layihələri həyata keçirilir. Sosial infrastruktur layihələrinə bölgələrdə təhsil, sağlamlıq, sosial xidmətlər göstərən yeni ictimai obyektlərin (DOST, “ASAN xidmət” mərkəzləri və s.) inşası, iqtisadi infrastruktur layihələrinə yeni yolların tikilməsi, kommunikasiya və təchizat (elektrik, qaz, su və s.) imkanlarının artırılması, iqtisadi inkişafı və ticarətdə rəqabətliliyi artıran təsisatların yaradılması aiddir. Xüsusilə artan xarici investisiya ilə ölkəmizin “yaşıl iqtisadiyyatı”nda inkişafın təmin olunması, həmçinin yeni yolların çəkilməsi regionların sosial-iqtisadi göstəricilərində öz əksini mütləq qaydada tapmaqdadır. 

  Millət vəkili Bəhruz Məhərrəmov deyib ki, dövlət başçısının açılışını etdiyi infrastruktur layihələri və obyektlər regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması və bölgələrimizin milli gəlirdə payının artırılması baxımdan çox önəmli hadisədir: “Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri,  Qazaxda su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, avtomobil yolları və mebel fabrikinin, Şəmkirdə məktəb-liseyin, Samuxda Mərkəzi Xəstəxana və uşaq musiqi məktəbinin yeni binalarının, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarını etməsi göstərdi ki, bizim üçün prinsipial məsələ olan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da möhtərəm Prezidentin diqqət mərkəzindədir. Məqsəd isə çox aydındır - uğurlu iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla ən azı paytaxt qədər bütün bölgələrimizdə də həyat səviyyəsi ilbəil yaxşılaşmalı, insanların yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalı, daha dəqiq desək, hər bir vətəndaş, o cümlədən paytaxdan kənarda yaşayanlar öz həyatlarında bu inkişafı hiss etməlidir. Bu mənada əminliklə demək olar ki, cənab İlham Əliyevin Qərb bölgəsinə səfəri həm də göstərmiş oldu ki, dövlət başçısı milli sosial rifah səviyyəsinin davamlı və bütün ölkə üzrə artmasını Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsinə çevirə bilib. Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, Qazaxda su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, avtomobil yolları və mebel fabrikinin, Şəmkirdə məktəb-liseyin, Samuxda Mərkəzi Xəstəxana və uşaq musiqi məktəbinin yeni binalarının, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarını etməsi göstərdi ki, bizim üçün prinsipial məsələ olan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da möhtərəm Prezidentin diqqət mərkəzindədir. Məqsəd isə çox aydındır, uğurlu iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla ən azı paytaxt qədər bütün bölgələrimizdə də həyat səviyyəsi ilbəil yaxşılaşmalı, insanların yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalı, daha dəqiq desək, hər bir vətəndaş, o cümlədən paytaxdan kənarda yaşayanlar öz həyatlarında bu inkişafı hiss etməlidir. Bu mənada əminliklə demək olar ki, cənab İlham Əliyevin Qərb bölgəsinə səfəri həm də göstərmiş oldu ki, dövlət başçısı milli sosial rifah səviyyəsinin davamlı və bütün ölkə üzrə artmasını Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsinə çevirə bilib”.

  Millət vəkilinin sözlərinə görə, ötən dövrdə regionlarla müqayisədə paytaxtın daha sürətlə inkişaf etməsi fonunda, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsi zərurətə çevrilib: “Ölkə başçısı da məhz 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sırasında üçüncü hədəf kimi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğunu və bu hədəfin vacib elementi kimi paytaxt və regionların tarazlı inkişafını müəyyən edib. Qeyd olunan Sərəncama əsasən, uzunmüddətli dövrdə məhz regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq vəzifə olaraq qoyulur. Ölkə Prezidenti həmin hüquqi aktda aydın formada ifadə edir ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Ölkə Prezidentinin bu istiqamətdə qətiyyəti ilə iqtisadi suverenliyin tam təmin olunması, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət, insan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması və ən nəhayət, işğaldan azad edilmiş ərazilərin nəhəng potensialının iqtisadi sistemə inteqrasiyası və həmin ərazilərə əhalinin qayıdışının sürətləndirilməsi kifayət qədər nikbin perspektiv vəd edir".