İYİ Partiya sədri Meral Akşener yerli seçkilərlə bağlı yol xəritəsini açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, seçkiyə öz kadrları ilə qatılacaqlarını açıqlayan Akşener bütün siyasi partiyalara açıq və aydın bir çağırış edərək bildirib ki, hər bir təşkilat ayrı-ayrılıqda seçkilərə getməsi daha məqbuldur. Millət İttifaqını tənqid edən Akşener, "Əsl problemin öz sıralarımızda olduğunu görə bilmədim. Buna görə Sizdən üzr istəyirəm" deyib.