Soçidə kritik taxıl danışıqları: Ərdoğan Rusiyaya gedir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya səfərə gedir. Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək. Kritik sammitə Soçi ev sahibliyi edəcək. İclasın əsas gündəliyi Moskvanın geri çəkilməsi ilə başa çatan Taxıl Dəhlizi sazişi olacaq.
 
Sherg.az türk mediasına istinadən xəbər verir ki,  İki lider razılaşmanın bərpası üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacaq.

Ankara uzun müddətdir ki, Rusiyanı razılaşmaya qaytarmaq üçün çalışır. Lakin Moskva administrasiyasının gözləntiləri var.

Rusiya taxıl dəhlizindən öz məhsullarını ixrac etmək və taxılı ehtiyacı olan ölkələrə göndərmək istəyir.

İki liderin gündəmindəki digər kritik mövzu Suriyadakı hadisələr olacaq.

Ankara-Dəməşq xəttində normallaşma prosesi, qaçqınların geri qaytarılması üçün aparılan işlər, PKK/YPG ilə ərəb qəbilələri arasında qarşıdurmalar müzakirə olunacaq.

Sammitdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr də müzakirə  mövzusudur.