Azərbaycanı Qırğızıstanla həm də Türk Dövlətləri Təşkilatı birlədirir - Politoloq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gedib.

 Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfəri dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az" bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gedəcəyi ilə bağlı mesaj vermişdi:

"Azərbaycan Qırğızıstan arasında və MDB çərçivəsində münasibətlər tamam fərqlidir. Çünki Azərbaycan Qırğızıstan ilə həm də Türk Dövlətləri Təşkilatında da (TDT) birlikdə fəaliyyət göstərir. İlham Əliyev  Qırğızıstan Prezidenti Sadır Japarov və  Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov arasında keçirilən görüşlərdə daha çox siyasi, iqtisadi, ticarət, hərbi sahadə əməkdaşlıq müzakirə olunacaq. Eyni zamanda regional məsələlər də danışılacaq. Çünki bu hər iki ölkənin diqqət yetirdiyi əsas faktorlardan biridir. İki dövlətdə bu və ya digər formada bu problemlərdən zamanında əziyyət çəkib. Həmçinin, görüş zamanı TDT çərçivəsində olan və digər önəmli məsələlər də gündəmə gətiriləcək".