Tutuquşunun ölməzdən əvvəl sahibinə dediyi sözlər: “Salamat qal…”



İstedadı ilə dünyada məşhur olan Afrika tutuquşusu Aleksin (Alex) ölməzdən əvvəl dediyi sözlər bu gün də heyrətə səbəb olur. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən Aleksin timsalında digər tutuquşuların da maraqlı həyatından parçalar təqdim edir.
  Aleks 100-dən artıq kəlmə bilməsi, riyazi hesablamalar aparması, əsəbiləşəndə isə qəsdən yanlış cavablar verməsiylə tanınıb.
Heyvan psixoloqu İrene Pepperberg ABŞ-nin Çiqako şəhərində heyvanat mağazasına daxil olub. Burada dünyanın ən maraqlı heyvanlarından biri – Afrika əsilli, boz tutuquşu ilə rastlaşıb. 1977-ci ildə Aleksin 1 yaşı olub. İrene tutuquşunu satın alıb. İrene tutuquşu üzərində mütəmadi çalışıb. 30 il müddətində Aleks hər kəsi heyrətləndirəcək istedad nümayiş etdirib. İrenenin dediyinə görə, Aleks söylədiyi kəlmələrin mənasını bilib, sözləri yerində və zamanında işlədib. Tutuquşu 6 rəqəminədək sayları düzgün sıralamağı bacarıb. Rəngləri seçirmiş, əşyaları da tanıyırmış. Aleks azyaşlı uşaqların bildiyi hər şeyi bilib. Aleks 2007-ci ildə ölüb. İrene Pepperberg, o öldükdən sonra “bir kiloqrama yaxın tük yumağının dünyada bu qədər böyük rezonans doğuracağını ağlıma belə gətirməzdim”, söyləyib. İrene tutuquşunun eynilə uşaqlar kimi əsəbi olduqda yanlış cavablar verdiyini və bunu bilərəkdən etdiyini deyib. Aleksə qədər quşların “zəka sahibi” olduğu versiyasını kimsə qəbul etməyib. Aleks isə sərgilədiyi istedad sayəsində “quş beyin” ifadəsinin heç də təhqiredici kəlmə olmadığını sübut edib. Böyütdüyü, təlim verdiyi tutuquşu haqqında danışan İ.Pepperberg deyib ki, Aleksi aldatmaq çox çətin idi. Ona istədiyi əşya, yaxud qida əvəzinə başqasını verəndə alıb bir kənara atırdı. Ölümündən əvvəl tutuquşunun sahibinə dediyi sözlərsə çox təsirlidir: “Salamat qal. Səni sevirəm. Sabah görüşərik”…