Naxçıvanda şəhid ailələri ziyarət edilib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsinin əməkdaşları, ehtiyatda olan hərbi qulluqçular və polis əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, bayram münasibətilə bütün ailələr təbrik edilib, onlara bayram sovqatı təqdim olunub.

Bu təşəbbüsü yüksək qiymətləndirən şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə razılıqlarını bildiriblər.