İnsanları qorxuya salan qrup üzvləri yaxalandı

Villadan qəribə geyim və maskalar tapıldı

Kirayələdikləri villada əyləncə gecəsi təşkil etməyə hazırlaşan 19 nəfər polis tərəfindən saxlanılıb. Məlum olub ki bu insanlar hər ikisi memar olan Fərhad və Serhat G. qardaşlarının yaratdığı “Fergio House” qrupunun üzvləridir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, onlarn kirayələdikləri villa da bu adla tanınır. 2023-cü ilin avqust ayında İstanbulda küçəyə dollar səpən və polis tərəfindən yaxalanan şəxslər də bu qrupun üzvüdür. İstanbul polisi tərəfindən şəxslərə qarşı əməliyyat keçirilib. Villaya daxil olan polis əməkdaşları gördükləri qarşışında heyrətə düşüblər. Villada xeyli sayda, müxtəlif formalı maskalar, qəribə geymlər ələ keçirilib. Qrup üzvlərinin dindirilməsi zamanı məlum olub ki, onlar yenu il gecəsi müxtəlif maskalar taxaraq, qəribə, qorxu saçan geyimlər geyinirək sosial media üzərindən canlı yayın açıb əxlaqsız, ədəbsiz hərəkətlər nümayiş etdirmək niyyətində olublar. Saxlanılan şəxslər bildirib ki belə bir canlı yayın cəmiyyətin reaksiyasını öyrənmək üçün düşünülüb. Yəni guya bir növ “sosial təcrübə” məqsədi daşıyır. Lakin istintaq zamanı qrup üzvlərinin social mediada açdıqları bank hesablna pullar toplandığı məlum olub. Qrup bu gəliri qorxu, ədəbsizlik məzmunlu videolar yaymaq və baxış sayı toplamaqla əldə edib.

 “Fergio House”in lideri Fərhad G. villaya da öz adına uyğun isim seçib. Bu şəxsin qrup üzvlərinə “kölə” deyə müraciət etdiyi də üzə çıxıb. Qrup üzvlərinə müxtəlif geyimlər geyindirən, maska taxdıran da bu şəxsdir. Qrup lideri ifadəsində sosial media hesabı açmaqda məqsədinin reklam, əyləncə olduğu, təqibçi, izləyici qazanmaq və “qeyri-adi, sirli aləm” yaratmaq olduğunu deyib. Qrupun fəaliyəti cəmiyyət üçün təhlükəli hesab edilərək barələrində həbs qərarı çıxarılıb.