
Analitik: İlham Əliyevin müsahibəsi beynəlxalq miqyasda böyük rezonans yaradıb
10:31 12.01.2024
Siyasət
591
İlham Əliyevə təşəkkür edirəm ki, reallıqdan danışıb, Paşinyan və onun xuntasının xalqı çaşdırmağa davam etməsinə imkan vermədi.
Bunu erməni bloger Vahe Ağacanyan Feysbuk səhifəsində yazıb.
“İlham Əliyevin müsahibəsi, tezisləri, mesajları bir məqamı aydınlaşdırır. Paşinyan tamamilə iflasa uğradı, onun gündəliyi rədd edildi, elan etdiyi bütün qırmızı xətlər pozuldu. Buna görə də Nikolun istefası və onun qazana bilməyəcəyi növbədənkənar seçkinin keçirilməsi zəruridir. Paşinyan səmimi şəkildə gündəliyinin iflasa uğradığını bəyan etməli, üzr istəməli və getməlidir. Biz müharibəyə hazır deyilik və uzun müddətə də hazır olmayacağıq. Ölkəni ətçəkən maşına məhkum etmək yolverilməzdir. Əgər məni satqın adlandırıb buna görə qınamaq istəyirlərsə, qoy etsinlər. Ancaq ölkəni çıxmayacağı yeni fəlakətə sürükləməyin. Dürüst, açıq şəkildə çıxın, uğursuzluğunuz üçün üzr istəyin və heç olmasa əlimizdə qalanı saxlamağa imkan verin”, - o bildirib.
Vahe Ağacanyanın timsalında artıq bu erməni ictimaiyyətində Paşinyanı günahlandırıb, gerçəkləri çatdırdığı üçün İlham Əliyevə təşəkkür edilən çoxsaylı çıxışlardan biridir. Onlar, Paşinyanın istefasını istəyirlər.
Bu fikirlərin Paşinyanın gələcək talehinə necə təsir göstərəcəyi ilə bağlı proqunozlarını “Sherg.az”la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov İlham Əliyevin yerli televizya kanallarına müsahibəsinin həm ölkə ictimaiyyəti arasında, həm də beynəlxalq miqyasda böyük rezonans yaratdığını söyləyib:
“Cənab Prezident bölgədəki yeni reallıqları, sülh prosesini və gələcək perspektivləri müəyyənləşdirən bir sıra məqamlara toxunub. Erməni mediasına baxdıqda reaksiyalardan müsahibənin orada da kifayət qədər maraqla izlənildiyini görürük. Bir sıra erməni politoloqlar, siyasi şərhçilər həm İlham Əliyevə gerçəkləri çatdırdığı üçün təşəkkür edir həm də Nikol Paşinyanın istefasını tələb edir”.

İ. Hüseynov Nikol Paşinyanın Ermənistanın daxili gündəliyində olan problemlərdən məsul şəxs olmasını xatırladıb:
“O, İkinci Qarabağ müharibəsində məğlub olsa da, hakimiyyətdə qalmağı bacarıb. Erməni xalqı yeni dövr üçün ona şans verdi. Bu zaman kəsiyində sülhün yaranması, təhlükəsizlik sisteminin formalaşması, komnukasiya xəttlərinin qurulması üçün Nikol Paşinyanın yaxşı fürsəti var idi. Hələ də sözügedən fürsətlər qalmaqdadır. Amma təssüflər olsun ki, Nikol Paşinyan reallıqları görə və qəbul edə bilmir. Ayrı-ayrı siyasigücləri regiona dəvət edir, vaxtı uzatmağa çalışır və atdığı imzadan boyun qaçırır. Bu kimi hərəkətlər heç bir ciddi siyasətçiyə yaraşmır. Ona görədə daxildə bu cür narazılıqlar güclənməkdədir. Digər bir məqam isə Nikol Paşinyanın hakimiyyətdən getməsini istəyən şəxslər Ermənistanın güclənməsinin əlehinə olan, revanşizmi dəstəkləyən siyasətçilərdir. Onlar yalnışı düzəltmək əvəzinə daha da böyük yalnışlara meyil edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat