Azərbaycandan Rusiyaya daha 612 min ədəd yumurta idxal edilib

Azərbaycandan Rusiyaya 612 min ədəd daha iki partiya ərzaq yumurtası gətirilib. Ümumilikdə, yanvarın 25-nə Azərbaycandan Rusiya Federasiyasına 4,2 milyon ədəd yumurta daxil olub.

Trend xəbər verir ki, bu barədə Rosselxoznadzorun məlumatında deyilir.

“Yanvarın 25-də Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan daha 36 ton (612 min ədəd) həcmində iki partiya ərzaq yumurtası gətirilib. Yanvarın 25-nə olan məlumata görə ümumilikdə Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd qida yumurtaları idxal edilib. ”, - deyə mesajda qeyd edilib.

Agentliyin məlumatına görə, yanvarın 25-də Rosselxoznadzorun rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında telefon danışığı olub.

Dankvert Rusiyaya yeməli yumurta tədarükünü artırdığına görə Təhməzliyə minnətdarlığını bildirib, bunun həm Azərbaycan, həm də Rusiya istehsalçılarının ixracını artırmaq üçün stimul olduğunu qeyd edib.

“Ölkələr arasında iqtisadi əlaqələr durmadan inkişaf edir. Rusiya və Azərbaycan ümumilikdə kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin gələcək artımı üçün böyük perspektivlər görürlər”, - deyə departament qeyd edir.

“Rosselxoznadzor” həmçinin bildirir ki, Azərbaycan Rusiyaya etibarlı tərəfdaş və aparıcı tərəvəz və meyvə ixracatçılarından biri olaraq qalır.