Türkiyədə Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunan konfrans baş tutub.
“Sherg.az”ın İstanbul bürosu xəbər verir ki, tədbir Yeni Yüzyıl Universitetində reallaşdırılıb.
Konfrans "Karabakh is Azerbaijan!" Milli Platforması Türkiyə Cümhuriyyəti Koordinatorluğu və onun tərkibində ““Qarabağ Azərbaycandır!” Koordine Etme Derneğinin” təşəbbüsü ilə həyata keçirilib. Eyni zamanda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, İstanbul Yeni Yüzyıl Universiteti, İstanbul Türk Ocağı, AGİH (Azərbaycan Gənclərinin İstanbul həmrəyliyi) STP-nin (Sivil Toplum Platforması) dəstəyi ilə gerçəkləşdirilib.
Tədbirdə Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin üzvləri, bürokratlar, ASAM-ın (Avrasiya Stratejik Araşdırmalar Mərkəzi) nümayəndə heyəti, müxtəlif Qeyri-Hökumət Təşkilatları (QHT) və türk dünyasının nümayəndələri, tələbələr iştirak ediblər.
İlk növbədə, Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. “Haber Global TV”-nin hazırladığı “Xocalıda nələr oldu?” adlı video-çarx təqdim edilib.
Açılış nitqini ““Qarabağ Azərbaycandır!” Koordine Etme Derneğinin” rəhbəri Dr. Elvin Abdurahmanlı edib.
Daha sonra İstanbul Yeni Yüzyıl Universitetinin rektoru Prof. Dr. İlhan Yaşar Hacısalihoğlu, Kontr-Admiral Dosent Dr. Cihat Yaycı, Türkiyə Respublikasının Gənclər və İdman nazirinin müşaviri Ömər Faruk Terzi, həmçinin ASAM-in (Avrasiya Stratejik Araşdırmalar Mərkəzi) rəhbəri Şaban Gülbahar Xocalıda azərbaycanlılara qarşı törədilən erməni qətliamından danışıb.
Konfransın panel hissəsində çıxış edən moderator Dr. Ural Aküzüm və Prof. Dr. Emre Öktem, General Prof. Dr. Esat Arslan və İstanbul Türk Ocağı şöbəsinin başqanı Dr. Cezmi Bayram soyqırımı ilə bağlı öz mövqeyini bildirib, erməni terroçuların vandalizminə diqqət çəkib.
Sonda "“Qarabağ Azərbaycandır!” Koordine Etme Derneği” rəhbəri, natiqlər və İstanbul Yeni Yüzyıl Universitetinin rektoru Prof. Dr. İ.Y.Hacısalihoğluna təşəkkür edib.