Bayramov Ermənistanla sülh prosesi barədə Lavrovu məlumatlandırıb - YENİLƏNİB

1 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrov və Ceyhun Bayramov arasında bu gün Antalyada keçirilmiş görüşə dair məlumat yayıb.
Sherg.az Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 22 fevral 2022-ci il tarixli Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üzrə üçtərəfli razılaşmalarının həyata keçirilməsinin zəruriliyi təsdiqlənib.

Qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında Antalyada görüş keçirilib.

XİN-in mətbuat xidməti bildirib ki nazirlərin görüşündə Azərbaycan və Rusiya arasında arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regionda münaqişədən sonrakı vəziyyət müzakirə olunan məsələlər arasında olub.

***

Azərbaycan və Rusiya XİN rəhbərlərinin Antalyada görüşü keçirilir.
APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Ceyhun Bayramov və Sergey Lavrovun görüşü Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutub.

Bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.