Ağdamda mina partlayışı ilə bağlı ARAŞDIRMA BAŞLADI

Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Sherg.az"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.