Mina partlayışında yaralanan Ağdam sakini əməliyyata olunur

Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaralıya hər iki ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda əməliyyatdadır, vəziyyəti ağır qiymətləndirilir.