Nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib

Səudiyyə Ərəbistanında Rusiyanın koordinasiyası ilə nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Rusiyanın nüvə “beşliyi”ndə əlaqələndirici funksiyalarını yerinə yetirməsi çərçivəsində fevralın 29-da Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Nüvə Silahlarının Yayılmaması haqqənda müqaviləyə uyğun olaraq nüvə silahına malik olan beş dövlət formatında
-(Çin Xalq Respublikası, Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Amerika Birləşmiş Ştatları və Fransa Respublikası) növbəti işçi görüşü keçirilib", deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.