Altsheymer xəstələri daha tez bilinəcək

Yeni üsul tapıldı

  Altsheymer (Alzheimer) diaqnozunun qoyulmasında yeni üsul tapılıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ABŞ-dəki “Altsheymer dərnəyi”nin planına görə, xəstəliyin müəyyənləşməsində tapılan yeni üsul nəticəsində yaddaş itkisi və ya beyində hər hansı problemi olmayan milyonlarla insanın xəstə olub-olmadığını bilmək mümkün olacaq. “Altsheymer dərnəyi”nin gerçəkləşdirdiyi bir paneldə elm adamları sağlam, orta yaşlı insanlara altsheymer xəstəliyi diaqnozu qoyula biləcəyi barədə müzakirə aparıblar. Müzakirələr zamanı yeni üsulla daha çox insana erkən yaşda altsheymer diaqnozu qoyula bilər. Alimlərin dediyinə görə, altsheymer xəstəliyinin yaranmasına səbəb “amiloid” adlı toksik proteindir, bu proteinlərin miqdarı çoxdursa, insanda zamanla altsheymer xəstəliyi yaranır. Lakin zahirən insan sağlam, yaddaşı yerində görünür. Halbuki bu cür insanlar altsheymer xəstəliyinin artıq birinci mərhələsində hesab edilməlidir. Alimlərin yeni kəşfi isə amiloid proteinlərini təsbit edə bilən qan testləridir. Bu testlər nəticəsində amiloidlərin miqdarı müəyyən edilir və altsheymer xəstəliyində erkən diaqnoz qoyula bilir. “Altsheymer dərnəyi”nin üzvü Maria Carrillo deyib ki, yeni qan testində məqsəd xəstəliyin erkən müəyyənləşməsidir. Bu halda xəstəliyin qarşısı da erkən alına bilir. Lakin bəzi alimlər bunun əleyhinədir və bildirirlər ki, əlamətləri görünməyən xəstəliklə bağlı insanlara diaqnoz qoymaq, bu insanların gələcək həyatlarının təhlükəyə ata bilər. İnsana xəstəliyi üzə çıxmamış, “sən xəstə olacaqsan”, söyləmək nə tibbi, nə də etik baxımdan düzgündür.