Dnyada islamofobiya və ayrı-seçkilik ciddi narahatlıq doğurur - Rəvan Həsənov

Bu gün dünyada islamofobiya və ayrı-seçkilik ciddi narahatlıq doğurur. Xüsusilə də özlərini demokratik adlandıran Qərb ölkələri tərəfindən müsəlmanların təcrid olunması və ayrıseçkilərin şahidi oluruq.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda deyib.

O qeyd edib ki, dinindən və irqindən asılı olmayaraq biz hamımız sülh içərisində yaşaya bilərik.

“Lakin yalnış qərarlar milyonların faciəsinə gətirib çıxara bilər. Bu, Azərbaycanı da narahat edir. Azərbaycan multikultural dəyərləri dövlət səviysində təşviq edir.

İnanıram ki, bu konfrans nəticəsində bizim cavabımız daha koordinasiyalı olacaq. Biz daha tolerant, daha inkluziv cəmiyyət qura və gələcək nəsillərə ötürə bilərik”, - deyə o qeyd edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.