İslamofobiyaya son qoymaq üçün siyasi və beynəlxalq addımlar lazımdır - Şəfiyev

İslamofobiyaya son qoymaq üçün siyasi və beynəlxalq addımlar lazımdır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycan belə böyük beynəlxalq tədbirlər keçirdiyi zaman hər zaman tənqid edilir. Xüsusən mediada. Beynəlxalq media Qərb mediası tərəfindən idarə edilir.

Əslində, bizə lazım olan akademik dairə nümayəndələrinin bir yerdə islamafobiyaya qarşı mübarizə aparmasıdır. Təəssüf ki, dünyada gördüyümüz geosiyasi problemlər bir neçə məsələ ortaya qoyub və burada islamofobiyanın təzahürləri görünür. Biz hamımız buna qarşı mübarizə aparmalıyıq”, - deyə F.Şəfiyev bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.