Məşhur “Lego” şirkəti ABŞ-nin Kaliforniya ştatı polisinə ciddi xəbərdarlıq edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, şirkət istehsal etdiyi oyuncaqların görüntüsünün şübhəlilərin üzlərinin örtülməsində istifadəsinə etiraz edib. “Lego” şirkətinin məhsulları dünyada ən çox tələbat olan və ən çox satılan oyuncaqlardır. Kaliforniya polisi isə şübhəli qismində saxlanılan şəxslər barədə məlumat verərkən, onların üzünü müxtəlif oyuncaqların görüntüsü ilə örtür. Polis bununla şübhəlilərin kimliyinin gizli saxlanması qanununa əməl etsə də, digər tərəfdən istehsalçı şirkətin hüquqlarını pozur. Şirkət belə hesab edir ki, hər hansı cinayətdə şübhəli bilinərək polis tərəfindən saxlanılan və barələrində istintaq araşdırması aparılan şəxslərin üzünün “Lego” oyuncaqlarının görüntüləri ilə örtülməsi, bu oyuncaqları sevən uşaqlara qarşı aqressiv bir hərəkətdir. Və uşaqlarda bu oyuncaqların “cinayətkar” obrazını formalaşdıra bilər. Qeyd edilir ki, şübhəli şəxslərin simasının oyuncaq görüntülərlə, emojilərlə örtülməsi, həmçinin belə hallarda bəlli smayliklərdən də istifadə edilməsi, son zamanlar dəb halını alıb. Bu isə istehsalçı və istehlakçı hüquqlarına ziddir. Odur ki, şirkət Kaliforniya polisinə müraciətlə “şübhəli şəxslərin simasına "Lego" başları əlavə etməkdən əl çəkin”, deyə xəbərdarlıq edib. Polis isə bu üsulu “xalqın əhvali-ruhiyyəsini yüksəltmək” məqsədilə etdiyini bildirib. Əlavə edib ki, xəbərdarlığı diqqətə alacaq və şübhəlilərin simasını örtmək üçün başqa üsuldan istifadə edəcəklər.
Kaliforniya polisinə xəbərdarlıq
23:27 01.04.2024
Gündəm
227
“Şübhəliləri oyuncaqlara bənzətməyin”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fələstin FIFA və BOK-a şikayət edib
12:45 05.10.2024
Gündəm
Bayden səhv edir: İranda bu obyektlər vurulmalıdır!
12:29 05.10.2024
Dünya
MM-in növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
11:55 05.10.2024
Gündəm
Stoltenberq NATO-nun Əfqanıstan xalqını aldatdığını etiraf edib
11:48 05.10.2024
Dünya
Aİ-dən Çin elekromobillərinə 35 faizlik yeni rüsum
11:36 05.10.2024
Dünya
Horovluda 867 ailə yaşayacaq
11:20 05.10.2024
Gündəm
İran XİN başçısı Suriyaya səfər edib
11:00 05.10.2024
Dünya
Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb
10:37 05.10.2024
Gündəm
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
10:06 05.10.2024
Gündəm
Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlər - AFİŞA
09:30 05.10.2024
İdman
İsrailin yerində olsaydım, bunu edərdim - Bayden
09:15 05.10.2024
Dünya
Nazirdən “Müəllimlər Günü” təbriki
08:59 05.10.2024
Gündəm
İsrail HHQ iki naməlum obyekti məhv etdi
23:58 04.10.2024
Dünya
İran Rusiyadan kömək istədi
23:48 04.10.2024
Dünya
71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib
23:37 04.10.2024
Gündəm
İsrail Livanla Suriyanın yolunu bağladı
23:25 04.10.2024
Dünya
Rusiyanın XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
23:08 04.10.2024
Dünya
İran prezidenti: "Ümid edirəm ki, sağ-salamat qayıdacağıq"
22:53 04.10.2024
Dünya
Azərbaycanda bu cərimələr 10 dəfədən çox artırılır
22:45 04.10.2024
Gündəm
Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
22:31 04.10.2024
Gündəm
İran Yaxın Şərqdə atəşkəs üçün şərtini AÇIQLADI
22:15 04.10.2024
Siyasət
Azərbaycan Gürcüstanda uşaq bağçası inşa etdi
21:50 04.10.2024
Gündəm
Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verdi
21:40 04.10.2024
Siyasət
Tarixçi aydınlıq gətirdi: “Təyinat xəbəri yeni deyil”
21:31 04.10.2024
Aktual
Xamenei HƏMAS və Hizbullaha çağırış etdi
21:23 04.10.2024
Dünya
Bakının Nizami rayonunda yaşayış evində yanğın olub
21:05 04.10.2024
Hadisə
BMT-nin baş katibi BRICS sammitində iştirak edəcək
20:57 04.10.2024
Dünya