Azərbaycan ilə Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib

Azərbaycan ilə Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etdik. İclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət,iqtisadi, elmi, texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək” - deyə Mikayıl Cabbarov paylaşımda bildirib.