Ermənistan hökuməti Avropa Komissiyası ilə ümumi məbləği 18 milyon avro olan iki maliyyə yardımı sazişinin imzalanmasını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Birinci saziş çərçivəsində İrəvan Qarabağdan köçənlərin qısamüddətli və ortamüddətli problemlərinin həlli, onların uzunmüddətli sosial-iqtisadi inteqrasiyasının təmin edilməsi, eləcə də iqtisadi proqramın həyata keçirilməsinə kömək məqsədilə büdcə yardımı kimi 15 milyon avro alacağını gözləyir. İkinci sənəd islahatların təşviqi, Qarabağdan köçənlərin daha dərin sosial-iqtisadi inteqrasiyası, səhiyyə, sosial müdafiə və məşğulluq sahələrində proqramların həyata keçirilməsi üçün 3 milyon avro məbləğində qrant maliyyələşdirilməsini nəzərdə tutur”, - məlumatda deyilib.
Qeyd olunur ki, 15 milyon avroluq daha bir proqram ilin son rübündə təsdiqlənəcək.