Əsir düşərgəsindən qaçış alınmadı
Yusif Nəzərli
11:28 05.05.2024
Dünya
462
Onların planına gülən Osmanlı əsgərləri isə “dəlidirlər”, deyib lağ etməyə başlayıblar
I Cahan savaşı illərində Osmanlı əsgərləri tərəfindən yaxalanıb Yozqatdakı Əsir düşərgəsinə gətirilən 2 əsgər min-bir fənd işlədib qaçmağa çalışsalar da, alınmayıb. Onların planına gülən Osmanlı əsgərləri isə “dəlidirlər”, deyib lağ etməyə başlayıblar.
Əsir əsgərlərdən biri Elias Henri Cons 1883-cü ildə tarixi Qalliya torpaqlarında anadan olmuşdu. Müharibədə Osmanlıya qarşı vuruşan Elias əsir alınaraq Yozqata gətirilib. Elias ağlagəlməz qaçış planını burada reallaşdırmaq istəyib. Əsir əsgərlərdən bir neçəsi də ona qoşulub.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Eliasın əsir düşdüyünü öyrənən xalası ona kartpostal yollayıb, düşərgədə “səmərəli” vaxt keçirməsi üçün də “əla” məsləhət verib. Xala bacısı oğluna bir “Ouija” taxtası - ruh çağırma taxtası düzəldə biləcəyini söyləyib. Elias bu fikrə əvvəlcə mənasız bir şey kimi baxıb. Sonra isə düşünüb və nə üçünsə ona məntiqli görünüb. Xalasının tövsiyə etdiyi kimi “ruh çağırma taxtası” düzəldib. Hətta özünü “Salli” adlı bir ruhla guya iltimasa keçmiş kimi göstərməyə başlayıb. Getdikcə uydurduğuna özü də inanmağa başlayan Elias bunu qaçış planı üçün istifadə etmək qərarına gəlib. Joneslə dostluq edən başqa bir əsir əsgər avstraliyalı Moyes də bu plana qoşulub. Elias dostuna deyib ki, əsirlərlə söhbət edəndə bundan əvvəl bir ruh tərəfindən onun xilas edilməsi əhvalatını danışsın. Moyes də buna əməl edib, hətta özü də Eliasdan kömək istəməyə başlayıb. Məsələ o qədər böyüyüb ki, əsir əsgərlər arasında Eliasın ünsiyyət qurduğu ruhun ona guya xəzinə yerini nişan verdiyindən danışmağa başlayıblar. Bu məsələ Kazım Qarabəkir paşanın qulağına çatınca əsir əsgəri imtahan etmək üçün yanına çağırıb: “Bu tərəflərdə erməni əsgərlərinə aid bir xəzinə dəfn edilib. Onun yerini bizə söyləyə bilərsən?” soruşub. Çalışacağını deyən Elias avstraliyalı başqa bir əsir Hill ilə bu işə girişiblər. Saqqallarını qırxmayıblar, hətta bayılma təqlidi də ediblər. Məqsədləri “dəli” adlandırılaraq Yozqatdan İstanbula göndərilmək olub. Buna nail olublar. Həkim rəyi əsasında İstanbul Heydərpaşadakı ruhi xəstəxanaya göndəriliblər. Burada isə planlarının son mərhələsini həyata keçirməyə çalışıblar. Gəmiyə minərək qaçmağı düşünüblər. Qaçış planı hazırlayıblar, lakin yaxalanıblar. Ələ keçirilən əsirlər Elias və Hillin təqlidlə məşğul olduqlarını, yalançı “ruhpərəstlik” etdiklərini söyləyiblər. Əsirlər isə vətənlərinə geri qaytarılıb. Osmanlı imperiyasının digər dövlətlərlə imzaladığı razılaşmaya görə, bütün hərbi əsirlər azad edilib. Elias və Hill isə özlərini “dəli” yerinə qoyub, min-bir əzaba qatlanmalı olublar. Halbuki cəmi 2 həftə sonra azad ediləcəkdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya