Rusiya NATO ölkələrinə hücum edə bilərmi? - Coana

Rusiyanın hazırda alyansın bir hissəsi olan heç bir ölkəyə hücum etmək niyyəti yoxdur.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana Unirea FM radioasına açıqlamasında bildirib.

“Aydındır ki, hazırda Rusiyanın heç bir NATO dövlətinə hərbi hücum etmək niyyəti və imkanı da yoxdur, lakin bizə qarşı bütövlükdə hibrid müharibəyə başlayıb", - M.Coana deyib.

Onun sözlərinə görə, Rumıniya minnətdar olmalıdır ki, NATO-ya üzvlük onun təhlükəsizliyini təmin edir:

"Biz çox güclü ittifaqın içindəyik və həqiqətən də NATO-nu onilliklər ərzində heç vaxt olmadığı qədər dəyişmək prosesindəyik, o cümlədən hərbi istehsalın artırılması yolu ilə müdafiə planlarında..."