Quterreş İran rəsmilərinin ölümü ilə bağlı başsağlığı verib

BMT-nin Baş katibi Antonio Quterreş İran prezidenti və xarici işlər nazirinin ölümü ilə bağlı başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə təşkilat rəhbərinin ofisinin yaydığı bəyanatda deyilir.
“Baş katib mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahianın və onların həmkarlarının helikopter qəzasında həlak olmasından kədərlənir. Baş katib həlak olanların ailələrinə, eləcə də İran hökuməti və xalqına dərin hüznlə başsağlığı verir”, - vurğulanıb.