Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib

Azərbaycan Şahmat Federasiyası (AŞF) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 3 saylı uşaq evini ziyarət edib.
"Report" xəbər verir ki, uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin Qadın və Sosial məsələlər üzrə komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova onları bayram münasibəti ilə təbrik edib.
AŞF adından balacalara şahmat dəstləri, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.