Azad olunmuş ərazilərdə yaşayan uşaqlar tibbi müayinədən keçirilib

Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün tibbi müayinələr təşkil edilib.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan aksiya çərçivəsində pediatrlar, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin edilib.
Tədbir zamanı 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın, Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən ümumi müayinədən keçiblər. Bundan əlavə, xəstəliklər aşkarlanan uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib.