Azərbaycanlı prezidentliyə namizəd oldu

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian bu gün səhər saatlarında növbədənkənar prezident seçkiləri üçün namizəd kimi qeydiyyatdan keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

İslahatçı siyasətçi qeydiyyatdan keçdikdən sonra media nümayəndələri qarşısında 5 dəqiqəlik çıxış edib.

O, hakimiyyəti sərt tənqid edərək, bu günə kimi verilən vədlərin yerinə yetirilmədiyini bildirib:

“Sərvətlərin ədalətli paylaşımı, vətəndaşların sağlamlığı və rifahı, bölgələrdə ayrı-seçkiliyin aradan qaldırılması, ölkənin elmi, mədəni, iqtisadi və siyasi baxımdan inkişaf etdirilməsi kimi qarşıya qoyulan məqsədlərin heç birinə nail olunmayıb”.